Siyasət

Putin erməniləri canlı efirdə məyus etdi

Putin erməniləri canlı efirdə məyus etdi
\”Bizim SSRİ-ni bərpa etmək fikrimiz yoxdur. Biz imperiya yaratmaq istəmirik. Sadəcə qonşu ölkələrdə yaşayan rus vətəndaşların yaxşı yaşamasını istəyirik\”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin birbaşa efirdə danışığı zamanı deyib. V. Putin bildirib ki, Rusiya üçün etnik rusların hansı ölkədə yaşamasının heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ onların hüquqlarının pozulmaması və onların öz dillərin danışmasına maneçilik törədilməməsidir.

\”Biz Qazaxıstanla, Belarusla və Qırğızıstanla münasibətləri bu cür qururuq\”, – deyə Rusiya lideri bildirib. Göründüyü kimi rus lider ilk ifadəsində Avrasiya İttifaqına daxil olan ölkələr sırasında Ermənistanın adını çəkməyib. Putin bununla Ermənistana, bu dövlətin hazırkı rəhbərliyinə etibar etmədiyini göstərib.

Qeyd edək ki, Astanada keçirilən Avrasiya İttifaqı liderilərinin görüşünə də Ermənistan prezidenti Serj Sarkisyan çağırılmamışdı. Putin sonuncu jesti ilə də ermənilərə inanmadığını göstərdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button