Siyasət

Putin-Bayden görüşü başa ÇATDI-VİDEO

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında keçirilən görüş başa çatıb.

Bu barədə TASS Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd edək ki, bu, Putinlə Baydenin ilk görüşü olub.

18:00

Rusiya və ABŞ prezidentləri arasında keçirilən görüşün ilk hissəsi (dar formatda) başa çatıb.

Belə ki, artıq qısa fasilə verilib. Fasilədən sonra liderlərin geniş tərkibdə görüşü keçiriləcək.

15:48

Rusiya Prezidenti Vladimir Putin İsveçrənin paytaxtı Cenevrədə amerikalı həmkarı Co Baydenlə görüşüb.

“RİA Novosti” xəbər verir ki, iki ölkə liderləri bir-birinin əlini sıxıblar.

Görüşün keçiriləcəyi La Qranj villasına ilk olaraq Putin, ondan 12 dəqiqə sonra Bayden daxil olub.

Onlar İsveçrə Prezidenti Qi Parmölənlə foto çəkdirdikdən sonra görüşə başlayıblar.

Qeyd edək ki, bu, Putinlə Baydenin ilk görüşüdür.

//baku.tv/az/dunyaa/39785/

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button