Siyasət

Putin və Bayden razılığa gəldi

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden səfirlərin iş yerlərinə qayıtmaları ilə bağlı razılığa gəliblər.

Savash.org xəbər verir ki, bunu Vladimir Putin Baydenlə danışıqlaırnın yekunlarına dair mətbuat konfransında bildirib.

O, amerikalı həmkarı ilə müvafiq olaraq Rusiya səfirinin ABŞ-a, ABŞ səfirinin Rusiyaya qayıtması ilə bağlı razılığa gəldiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Baydenin müsahibəsində Vladimir Putini “qatil” hesab etdiyini bildirməsindən sonra Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu geri çağırmışdı. Bunun ardınca isə ABŞ səfiri Con Sallevan da Vaşinqtona geri qayıtmışdı./APA

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button