Siyasət

“Bayden-Ərdoğan görüşündə mətbuata sızmayan reallıqlardan biri “Zəngəzur dəhlizi”nin açılmasıdır”

“Paşinyan regionun mənzərəsini dəyişmək üçün ciddi siyasətçi deyil, “Zəngəzur dəhlizi” açılacaq…”

“Bölgənin real fiqurları Rusiya, Türkiyə və Azərbaycan və o cümlədən düşünürəm ki, Bayden-Ərdoğan görüşündə mətbuata sızmayan reallıqlar onun tərəfindədir ki, mütləq “Zəngəzur dəhlizi” açılsın”

Savash.org xəbər verir ki, bunu yazıçı, jurnalist Orxan Fikrətoğlu Nikol Paşinyanın “Zəngəzur dəhlizi” ilə bağlı sərsəm fikirlərinə münasibət bildirərkən deyib. Orxan Fikrətoğlunun sözlərinə görə Paşinyanın bu çıxışları əhəmiyyətsizdir:

“Düşünürəm ki, Şuşa Bəyannaməsi artıq bütün bu sualların cavabını verib. Paşinyan və istərsə də bölgə güclərinin təyin edəcəyi Köçəryan tipli siyasətçilərin təqdimatında təmsil olunan Ermənistanın “Zəngəzur dəhlizi” ilə bağlı istənilən seçkiöncəsi və sonrası fikri Azərbaycan və Türkiyə reallıqları üçün düşünürəm ki, önəmli deyil. Zəngəzur dəhlizi Şuşa bəyannaməsində də göstərildiyi kimi Azərbaycana və regiona gərəkli bir dəhlizdir. Bölgənin real fiqurları Rusiya, Türkiyə və Azərbaycan və o cümlədən düşünürəm ki, Bayden-Ərdoğan görüşündə mətbuata sızmayan reallıqlar onun tərəfindədir ki, mütləq “Zəngəzur dəhlizi” açılsın. Paşinyan regionun mənzərəsini dəyişmək üçün ciddi siyasətçi deyil və onun nə deməsi maraqlı da deyil. Bununla belə müəyyən mənada əlbəttə ki, Şuşa Bəyannaməsindən sonra regionda, xüsusilə yaxın qonşular ermənilərin dili ilə müəyyən mesajları Azərbaycana verməyə çalışacaqlar. Düşünürəm ki, bunların hamısı arqument və güc olaraq yetərsizdir. Azərbaycanın və Türkiyənin məqsədi “Zəngəzur dəhlizi”ni açmaqdır. “Zəngəzur dəhlizi” Rusiyaya da sərf edir, bölgənin tamamilə yeni layihədə çiçəklənməsi və infrastruktur layihələrinin gerçəkləşməsidir. Bunu Əfqanıstanı bufer zona kimi Çinə qarşı tənzimləməyə çalışan Amerika da, İngiltərə də dəstəkləyir. Regionda yeni formalaşacaq İran, Çin və yaxud digər qüvvələr düşünürəm ki, Paşinyanın və digər zəif siyasətçilərin dili ilə müəyyən məsajlar versələr də, heç vaxt bu gerçəkliyin qarşısında dayana bilməzlər. “Zəngəzur dəhlizi”nin açılması sadəcə zaman məsələsidir.

Amma bir məsələ də var ki, xüsusilə quruculuq işləri ilə məşğul olan qurumlar böyük qayıdış əməliyyatını tezləşdirməlidirlər. Azərbaycan mütləq bölgədə fiziki insanı ilə təmsil olunmalıdır. Bu çox mühümdür, çünki əgər bir ərazilərdə ki, əhali yaşayır, o ərazilərin taleyi həll olunub. Ona görə də düşünürəm ki, Paşinyanın “Zəngilan dəhlizi” ilə bağlı cəfəng fikirlərini çək-çevir etməkdənsə, quruculuq işlərini sürətləndirib, əraziləri minalardan təmizləyib, ora köçməliyik”./Moderator.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button