Siyasət

Makron Paşinyanı təbrik etdi

“Fransa Ermənistanın suverenliyinə hörmət edərək Qarabağdakı münaqişənin nəticələrinin aradan qaldırılmasına kömək edəcəkdir”.

Savash.org “Armenian News”a istinadla xəbər verir ki, bu, Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyana təbrik məktubunda bildirilib.

Növbədənkənar parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının qələbə münasibətilə təbrik edən Makron qeyd edib ki, Fransa ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq daha da gücləndiriləcəkdir. “Əhalinin həssas qruplarına humanitar yardım göstərməyə davam etmək qərarına gələn Fransa, Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə, Dağlıq Qarabağdakı münaqişənin nəticələrinin aradan qaldırılmasına kömək edəcəkdir. Bu baxımdan, Minsk qrupunun həmsədri kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə dair səylərini bir daha təsdiqləmək istərdim. Əmin olun ki, Cənubi Qafqazda davamlı sabitliyə zəmanət verə biləcəyimiz və bölgə xalqları ilə ortaq sülh, həmrəylik və dostluq dəyərlərimizi inkişaf etdirə biləcək yeganə yol olan siyasi həll prosesini bərpa etməyə sadiqik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button