Siyasət

Azərbaycan və Ermənistan arasında bu şərtlərlə sülh müqaviləsi İMZALANACAQ – AÇIQLAMA

“Əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur”.

Savash.org xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 25-də Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən demişdir.

Ali Baş Komandan qeyd etmişdi ki, “Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi”.

Prezidentin bu çıxışını şərh edən politoloq Niyammədin Orduxanlı Metbuat.az-a bildirib ki, bütün müharibələrin sonu hər zaman sülh müqaviləsi ilə bitib. Bu tarixən hər zaman belə olub və onun olması vacibdir.

“Amma bu gün üçün Azərbaycanla-Ermənistan arasında sülh sazişi imzalanmayıb. Uzun müddətdir müharibə prosesi gedir. Əgər müzakirələr sülh müstəvisinə çıxarılarsa, dövlətlərarası sülh müqaviləsi olacaqdır. Yəni, Ermənistan ərazi iddiasından vaz keçərsə, qonşuluq siyasətinə əməl edərsə, BMT-nin şərtərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Azərbaycan da Ermənistanla bir masada oturub sülh sazişi imzalaya bilər”.

Politoloq qeyd etdi ki, biz Ermənistanla sülh şəraitində yaşayıb, qonşuluq münasibətlərini də davam etdirə bilərik. Bütün beynəlxalq normalar daxilində, Ermənistan sülh müqaviləsinə can atarsa, əlbəttə Azərbaycan da bu müqaviləyə isti münasibət göstərəcəkdir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button