Siyasət

İlham Əliyev Avropaya qarşı: Fransa prezidentinin Leyla Yunus xahişinə \”yox\” dedi

İlham Əliyev Avropaya qarşı: Fransa prezidentinin Leyla Yunus xahişinə "yox" dediFransa prezidenti Fransua Ollandın İrəvanda “soyqırımı” mərasimlərində iştirakdan sonra Bakıya səfər etməsi diplomatik nöqteyi-nəzərdən qaçılmaz idi.

Bu barədə Fransanın “Radio France İnternational” (RFİ) radiostansiyası bu ölkə prezidentinin Bakıya səfərini şərh edərkən bildirir.

Radiostansiya qeyd edir ki, Fransa Minsk Qrupunun həmsədridir və münaqişənin nizamlanması üçün vasitəçilik səyləri göstərir. Ötən il təmas xəttində şiddətli döyüşlərin getdiyi bir vaxtda Olland prezidentlər Əliyev və Sərkisyanın görüşünü təşkil edib.

“Yelisey sarayında deyirlər ki, hazırda münaqişə zonasında situasiya nisbətən stabildir, “proqres var”, ancaq vaxtaşırı olaraq atəşkəs rejiminin pozulması halları müşahidə olunur. Bu səbəbdən Fransa münaqişənin aktiv fazaya keçməməsi və böhrandan çıxış yolu tapılması üçün diplomatik səylər göstərir”- deyə radionun şərhində bildirilir.

Savash.org xatırladır ki, RFİ F.Ollandın İrəvanda Ermənistan və Rusiya prezidentləri ilə keçirdikləri ikitərəfli görüşlərin əsas mövzusunun da Dağlıq Qarabağ münaqişəsi barədə olduğunu qeyd edir.

Bakıda isə Olland prezident İlham Əliyevlə bir neçə saat görüşüb, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı ikitərəfli münasibıtləri də müzakirə edib. Görünən isə budur ki, Azərbaycan prezidenti islahatlar və siyasi məhbuslar məsələsinin həllində geri çəkilmək niyyətində deyil. Hə halda İlham Əliyevin Fransa prezidentinin həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla bağlı qaldırdığı məsələnin həllində maraqlı olmaması belə düşünməyə əsas verir.

“Bu dəfə vətəndaş cəmiyyəti və müxalifətlə görüş nəzərdə tutulmamışdı. Yelisey sarayında əmin edirlər ki, Fransua Olland tərəfindən Azərbaycandan insan haqları sahəsində situasiya və insan haqları müdafiəçisi Leyla Yunusun taleyi barədə məsələ də qaldırılıb”- deyə RFİ bildirir.

Xatırladılır ki, Olland ötən ilin mayında Bakıya səfəri zamanı “Fəxri Legion” ordeninin kavaleri olan Leyla Yunusla görüşmüşdü. Lakin bir müddət sonra Leyla Yunus ağır ittihamlarla həbs edilib.

“Bu mövzu qaldırıldı. Lakin Fransa Respublikasının rəhbəri növbəti dəfə Azərbaycan hakimiyyətindən belə cavab eşitdi ki, məhkəmələr müstəqildir, onların qərarına müdaxilə edilməsi mümkün deyil və ölkədə siyasi məhbuslar yoxdur”- deyə RFİ bildirir.

İlham Əliyev Avropaya qarşı: Fransa prezidentinin Leyla Yunus xahişinə "yox" dediFaiq LƏTİFOV

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button