Siyasət

Kasparov Putinin Azərbaycanla bağlı \”növbəti gedişi\”ndən danışdı – QALAQURMA

Kasparov Putinin Azərbaycanla bağlı "növbəti gedişi"ndən danışdı - QALAQURMAŞahmat üzrə 13-cü dünya çempionu, erməni əsilli keçmiş bakılı Harri Kasparov Ukraynanın UNİAN agentliyinin redaksiyasında mətbuat konfransı keçirib.

Kasparov Rusiya prezidenti Vladimir Putinin hərbi planları haqda danışarkən onun Ukrayna ilə kifayətlənməyəcəyini deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti üçün beynəlxalq münasibətlərdə xaos sərfəlidir. Ona görə də Putin Ukraynanın şərqində münaqişəni dərinləşdirmək əvəzinə “postsovet məkanının perimetri üzrə” yeni münaqişələr yarada bilər.

Kasparovun fikrincə, yeni münaqişələrin yarana biləcəyi regionlardan biri Qafqazdır.

“Putin Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistana Gürcüstan və Azərbaycan üzərindən dəhliz aça bilər” -Kasparov bildirib.

Şahmatçı həmçinin Rusiyanın Estoniya və Latviyada rusdilli əhaliyə diqqətinin artdığını deyib.

Virtualaz.org

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button