Siyasət

Şevçenkonun xanımı İngiltərəni təbrik etdi

Mənim üçün çətin gecə oldu. O qədər həyəcanlı idim ki, hətta oyuna baxa bilmirdim. İngiltərədə yaşamaq, Böyük Britaniya pasportuna sahib olmaq isə işi daha da çətinləşdirirdi. Ancaq mən gənc Ukrayna millisinin etdiklərinə görə çox qürur duydum.

Savash.org xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun həyat yoldaşı Kristen Pazik İngiltərə-Ukrayna matçının nəticəsi ilə bağlı bildirib.

“Hər kəsə dəstəyinə görə təşəkkürlər. Növbəti hədəfə doğru gedirik. İngiltərə millisini təbrik edirəm”, – Pazik qeyd edib.

Xatırladaq ki, Ukraynda millisi 1/4 finalda İngiltərəyə 0:4 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button