Siyasət

Azərbaycan Prezidenti Xankəndini və Xocalını necə birləşdirdi? – ŞOK AÇIQLAMA

Prezident  İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə  Qarabağ iqtisadi rayonu yaradılıb.

Beynəlxalq məsələlər üzrə şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri əziz Əlibəyli KONKRET.az-a açıqlamasında bildirib ki, Prezident Qarabağa siyasi və inzibati olaraq  vahid yanaşır: “Artıq Dağlıq Qarabağ rəsmən dəfn edildi. Qarabağa dair isətnilən rəsmi qərarımız Ermənistana mütləq təsir edəcək. Ermənistanın artıq Qarabağa xərcləyəcək maddi vəsaiti qalmayıb, fərmanın məhz bu gün, Paşinyanın Moskvada olduğu zamanda imzalanması isə mühüm addım idi. Bu, Putinin Paşinyan üzərindəki təzyiqini artıracaq”.

Əziz Əlibəyli mətbuat katibi təyin edildi

Əziz Əlibəyli əlavə edib ki, 10 noyabr, 11 yanvar razılaşmasının yerinə yetirilməsinin əsas qarantisi Putin olsa da, bu fərman onu göstərdi ki, Azərbaycanının Qarabağa dair qərarları işləməzsə, proses yarımçıq qalar, yəni Rusiya nüfuzdan düşər: “Bölgədə açılım baş verməzsə, Ermənistan iqtisadiyyatı həssas Rusiya üzərində yük olmağa davam edəcək. Prezident Əliyevin təklif etdiyi 3+3 formatı o qədər dəstək görüb ki, Putin burada yer alan Tiflisə görə belə narazılıq etməyi düşünmür. Ermənilər əllərində qalan az bir ərazidə dövlət qura bilməzdilər. Onsuzda dünyada belə bir nümunə yoxdur. Əks halda işğal dönəmində qondarma rejimin müstəqilliyini birinci İrəvan qəbul etməli  idi”.

“Nəhayət, STM-in bugünkü sorğusunun Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə münasibət hissəsi də göstərir ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr Birgə bəyanatının şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək” – deyə Əlibəyli fikirlərini tamamlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button