Siyasət

PA müxalifətə yeni görüş təklifi göndərdi

PA müxalifətə yeni görüş təklifi göndərdiBu gün Prezident Administrasiyasından “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiyalardan birinin rəhbərinə siyasi partiyalarla növbəti görüşün keçirilməsi ilə bağlı təklif gəlib.

Bu barədə musavat.com-a daxil olan xəbərdə deyilir ki, növbəti görüşdə müzakirəyə çıxarmaq üçün bir neçə mövzu da təklif edilib.

Xəbərdə həmçinin deyilir ki, “Azadlıq-2015” blokundakı 8 partiyanın rəhbərliyi təkliflə bağlı bu gün saat 16-da növbədənkənar toplantı keçirəcək.

Mənbənin sözlərinə görə, razılıq əldə olunacağı halda PA ilə siyasi partiyalar arasında növbəti görüş mayın ortalarına qədər keçiriləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button