Siyasət

Makron İrəvandan sonra Xankəndiyə gələcək? – “99,9 faiz inanıram ki…”

“Emmanuel Makron bu avantüraya gedərsə, Bakı Parislə diplomatik münasibətləri ən aşağı səviyyəyə endirəcək”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfərilə bağlı danışarkən deyib.

“Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfər edəcəyilə bağlı məlumatı Nikol Paşinyan verib. Bu məlumat Fransa hökuməti və Makronun özü tərəfindən təsdiq olunmayıb. Ona  görə də Makronun Ermənistana səfər edəcəyi barədə məlumat dezinformasiyaya daha çox oxşayır. Görünür, Paşinyan bununla daxili siyasi vəziyyəti sabitləşdirmək və Rusiyaya qarşı əks addımlar atmaq niyyətilə belə bir açıqlama verib”, – deyə politoloq vurğulayıb .

Onun həmçinin Xankəndinə də getmək kimi avantürist niyyətə düşəcəyi barədə yayılan informasiyalara münasibət bildirərkən politoloq buna inanmadığını söyləyib:

“Amma Makron həmin avantürist addıma getsə, Azərbaycan Fransanın ATƏT-in Minsk qrupunda fəaliyyətinin dayandırılması barədə bəyanatla çıxış edəcək. Bakı artıq Parisin Minsk qrupunda fəaliyyət göstərməsini istəməyəcək. Diplomatik münasibətlər ən aşağı səviyyəyə endiriləcək. 99,9 faiz inanıram ki, Makron nəinki Xankəndinə gələcək, heç Ermənistana səfər etməyəcək”.

Rüfət SULTAN

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button