Siyasət

“Etibar Əliyev nəsə cızma-qara edib…” – Mətbuat Şurasından deputatın ittihamlarına cavab

Bir neçə gündür, deputat Etibar Əliyevin jurnalistlər üçün inşa edilmiş üçüncü binanın şəhid ailələri və qazilərə verilməsi ilə bağlı fikirləri müzakirə olunmaqdadır.

Ötən gün deputat məsələni başqa istiqamtə yönəldərək Mətbuat Şurasının sədri Əflatun Amaşovu və onun müavini Müşfiq Ələsgərlini də ciddi şəkildə ittiham edib.

Mövcud müzakirə və şəxsinə yönəlik tənqid və ittihamlarla bağlı Sfera.az-a danışan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli təşəbbüsü irəli sürən şəxsin ortaya tutarlı arqument qoymadığını, və aidiyyatı işlə məşğul olmadığını deyib:

“Sözügedən bina Prezidentin təyinatı ilə ərsəyə gəlib və təyinatı da jurnalistlər üçündür. Əgər bu gün dövlət binanın təyinatını dəyişdirmək istəsə, kimsə irad bildirməz. Yəni, bu məsələ müzakirə obyekti deyil. Müzakirə olunacaq problem bu sahədə dövlətin deyil, ayrı-ayrı fərdlərin təşəbbüslə çıxış etməsidir. Məsələ ondadır ki, həmin fərdlər də öz təşəbbüslərini əsaslandıra bilmir. Bu baxımdan belə təşəbbüsün ortaya çıxması ucuz populizmdən başqa bir şey deyil. Həmin şəxslər şəhid mövzusundan istifadə etməklə xal və seçicilərindən rəğbət qazanmaq istəyirlər”.

M.Ələsgərli Etibar Əliyevin ədəbsiz yanaşma sərgilədiyinə də diqqət çəkib. İttifaq sədri deputatın hədəf olaraq onu və Əflatun Amaşovu seçməsinin səbəbsiz olmadığını deyib:

“Neçə gündür ki, bu fikirləri səsləndirən şəxsə bildirilir ki, ortaya arqument qoysun. Lakin o yenə də sağa-sola vurnuxub məsələni başqa yerə aparır, gülünc arqumentlər ortaya atır. Etibar Əliyevin son paylaşımını gördüm, nə isə cızma qara edib. Etibar Əliyev bu ideyanı ortaya atdıqdan sonra ona hətta “freelance” çalışan jurnalistlərdən də yüzlələrə irad gəlib, sual ünvanlayıblar. Yəni, Əflatun Amaşovla mən, məsələyə ən son münasibət bildirən şəxslərdənik. Həmin deputata qarşı ən ədəbli münasibət bidlirən də bizik. Oxucu da baxa bilər ki, kim ədəblidir, kim ədəbsiz. Etibar Əliyev çaşqınlıq içərisindədir. Gördü ki, jurnalistlərin verdiyi suala cavab tapa bilmir, başladı sağa-sola vurnuxmağa. Yəni, onun bizə qarşı münasibəti irəli sürdüyü təşəbbüsdən tamamilə fərqlidir, əgər biz də ona cavab versək, əsas məsələ qalacaq bir kənarda. Oxucular özü qiymət verə bilər ki, onun danışığında məntiqdən əsər-əlamət yoxdur”.

Əzizə Zeynal

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button