Siyasət

İranın Ermənistandakı səfirindən “DOST ADDIM”… – Azərbaycanla sərhəddə gəlib

İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib.

Savash.org Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni hərbçilərinin müşayiəti ilə sərhəd bölgələrinə baş çəkən səfir əsasən gərginlik yaşanan məntəqələrdə olub.

Məlumatda deyilir ki, İran səfiri sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. Erməni hərbi hissəsinin komandiri sərhəddəki vəziyyətlə bağlı səfirə ətraflı məlumat verib.

İran səfirinin bu səfəri müəyyən mənada gözlənilməz sayıla bilər və təbii ki, daha çox Ermənistana dəstək xarakteri daşıyır. Əlbəttə, belə səfərlər İran hökumətinin razılığı və hətta tapşırığı olmadan baş tuta bilməz. 

Ancaq maraqlıdır ki, hətta ən qatı ermənipərəst mövqeyilə seçilən Fransa səfiri belə son zamanlar Azərbaycanla sərhədə gələrək, erməni hərbçilərinə baş çəkməyib.

Eynilə də Rusiya səfirinin bu bölgəyə gəldiyinə dair hər hansı məlumata rast gəlinmir. Bütün bunların fonunda İran səfirinin canfəşanlığı kifayət qədər müəmmalı görünür…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button