Siyasət

Daha 3 hərbçinin qalıqları Ermənistana verildi

Ermənistan tərəfinin Qarabağda – Füzulidə apardığı axtarış işləri nəticəsində daha 3 hərbçinin cəsəd qalıqları tapılıb.

Savash.org xəbər verir ki, bu gün Qırmızı Bazar-Şexer kəndləri istiqamətində daha 3 hərbçi cəsədi Azərbaycan tərəfindən ermənilərə təhvil verilib.

Beləliklə, 6 hərbçi cəsədinin kimliyini müəyyənləşdirmək üçün Ermənistan tərəfi məhkəmə tibbi ekspertizası təyin edəcək.

Bu günə kimi Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar nəticəsində 1629 erməni hərbçinin cəsədi tapılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button