Siyasət

Paşinyan İrana səfərə gedir – Ermənistan liderini Tehrana aparan SƏBƏBLƏR

Nikol Paşinyan İranın yeni prezidenti İbrahim Rəisinin rəsmi andiçmə mərasiminə dəvət olunub.

Savash.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, baş nazir Nikol Paşinyan İrana işgüzar səfərə gedəcək.

Səfər avqustun 5-də reallaşacaq. Paşinyan səfər çərçivəsində İranın yeni prezidenti İbrahim Rəisi ilə görüşəcək və onun andiçmə mərasimində iştirak edəcək.

Paşinyan bundan öncə bu ilin aprelində İrana səfər etmiş və İslam Respublikasının sabiq prezidenti  Həsən Ruhani ilə görüşmüşdü.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button