Siyasət

Ermənistan Qarabağdakı görüşə görə Gürcüstandan üzr istədi

Ermənistan Qarabağdakı görüşə görə Gürcüstandan üzr istədi
Ermənistan parlamenti spikerinin Tsxinvali marionet rejiminin nümayəndəsi ilə görüşməsi olduqca təhlükəli tendensiyadır.

Oxu.az “Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın XİN başçısı Tamar Beruçaşvili dünən parlament komitələrinin birgə iclasında bildirib.

Beruçaşvili əmindir ki, bu addımların arxasında ciddi və gələcəyə yönəlmiş planları olan qüvvələr dayanıb.

“Təbii ki, bu planların həyata keçməməsi üçün və bu mövzuların spekulyasiya predmetinə çevrilməməsi üçün hər şey etməliyik”, – Beruçaşvili qeyd edib.

“Bizim səfir iki dəfə Ermənistan XİN-də olub. Gürcüstanın baş naziri həmkarı ilə danışıb və onlar bu danışıqdan sonra praktiki olaraq üzr istəyiblər. Biz qərara gəldik ki, vəziyyəti səfirin məsləhətləşmələr üçün geri çağrılmasına qədər çətinləşdirməyək, lakin bu məsələ nəzarətə götürülüb. Qorxuram ki, bu sonuncu epizod olmayacaq. Qonşu Ermənistanın bu gün apardığı vektor, prioritet və siyasətini, bu gün hansı reallıqlarla yaşadığını nəzərə alsaq, istisna olunmur ki, bu və ya digər mövzular Gürcüstanın ziyanına istifadə olunacaq.

Sizi inandırmaq istəyirəm ki, bu məsələ xüsusi diqqət altında olacaq və bu mövzuda biz Brüsseldə danışmışıq. Bu məsələ onlar üçün də prioritetdir”, – Beruçaşvili deyib.

Xatırladaq ki, öncə Tsxinvali KİV-i, daha sonra isə Ermənistan KİV-i Ermənistan spikeri Qalust Saakyanın marionet rejimin nümayəndəsi Anatoli Bibilovla görüşü barədə məlumat yaymışdı. Rəsmi İrəvan iddia edir ki, bu qeyri-rəsmi görüş olub. Lakin erməni tərəfinin bəyanatlarında bəzi qeyri-dəqiqliklər var.

Bəziləri iddia edirlər ki, görüş Bibilovun qondarma seçkiləri müşahidə etməsi üçün getdiyi Qarabağda olub. Digərləri isə görüşün Bibilovun Qarabağdan qayıtdığı vaxt “erməni soyqırımı” ilə bağlı erməni spikerinə başsağlığı vermək üçün İrəvanda baş tutduğunu iddia edirlər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button