Siyasət

Makron Qarabağla bağlı Putindən nə xahiş edib? – “Onun bu marağı qəribədir…”

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Qarabağdakı son durumla bağlı məlumatlandırılmasını istəyib. Ölkə başçıları Cənubi Qafqazda iqtisadi bə nəqliyyat əlaqələrinin bərpası mövzusunda da danışıblar.

Maraqlıdır, Fransanın Qarabağa maraq göstərməsi nədən irəli gəlir?

Deputat Müşfiq Məmmədli tərəflərin Azərbaycanla bağlı yeni infrastruktur layihələrinin icrası ilə bağlı danışıqlar aparmasının önəmsiz olduğunu bildirib:

“Aparıcı dövlət başçılarının beynəlxalq məsələləri müzakirə etməsi praktikada görünən hadisədir. Azərbaycan öz ərazisində suveren hüququnu heç kimlə bölüşmək niyyətində deyil. Bunu prezident İlham Əliyev də dəfələrlə bildirib. Bu baxımdan digər dövlət başçılarının Azərbaycanda həm nəqliyyat infrasturktrunun qurulması, həm təhlüksəziklik məsələləri ilə bağlı hansı məsələni müzakirə etməsinin önəmi yoxdur. Biz 30 il ərazində Minsk qrupu ilə danışıqlar həyata keçirdik, prosesləri səbirlə izlədik. Lakin təəssüf ki, keçən müddətdə Minsk qrupu ölkələrinin verdiyi təkliflər reallaşmadı. Azərbaycan ordusu bu səbəblə Minsk qrupunun görməli olduğu işi həyata keçirdi”.

Deputat bəzi ölkələrin Qarabağla bağlı marağının başadüşülən olmadığını deyib:

“İndi bəzi ölkələrin Qarabağla bağlı layihələrin hazırlanmasında və iştirakında olan marağı qəribə gəlir. Yəni, əgər addımlar beynəlxalq səviyyədə atılacaqsa, onda ikili standarlara nə ehtiyac var? Azərbaycan sərhədlərinin toxunulmazlığını öz gücü hesabına bərqərar edir, tərəflərlə lazımı danışıqlar baş tutur. Azəbaycanın Minsk qrupunun fəaliyyəti ilə bağlı qəti mövqeyi var və prezident bunu son çıxışlarında ifadə edib”.

Əzizə Zeynal

Sfera.az

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button