Siyasət

Azərbaycanlı jurnalist Robert Köçəryanla olan fotosunun tarixçəsindən danışdı – Müsahibə

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sfera.az-a müsahibə verib.

Savash.org həmin müsahibəni təqdim edir.

– Elxan bəy, sosial şəbəkələrdə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın 1998-ci ildə İrəvanda Azərbaycandan olan jurnalistlərlə görşünü əks etidirən foto paylaşıb. Həmin fotoda siz də varsız. Həmin görüş haqda danışa bilərsiz?

– Əvvəla onu deyim ki, Birinci Qarabağ müharibəsi öncəsi Ermənistan və Azərbaycan QHT-ləri və jurnalistləri müxtəlif ölkələrdə görüşlər keçirərək, fikir mübadiləsi aparırdı. Bu görüşlərdə əsas müzakirə mövzusu təbii ki, Qarabağ ilə bağlı idi. Bundan əlavə iki ölkə jurnalsitlərinin qarşılıqlı səfərləri də baş tuturdu. Hətta xatırlayıram, erməni jurnalistlərin Azərbaycan səfəri baş tutmuş və bu səfər zamanı onlar mərhum Prezident Heydər Əliyevlə müsahibə almışdılar.

Həmin fotodakı görüşə gəldikdə isə 1998-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə bir səfərlə bağlı müxtəlif qəzetlərə müraciət etmişdi. Mən də həmin vaxtlar “Azadlıq” qəzetində beynəlxalq əlaqələr şöbəsinin müdiri idim. Redaktorumuz bu səfərdə iştirak etmək vəzifəsini mənə həvalə etmişdi.

Səfər öncəsi Arif Əliyev biz jurnalistlərdən kimlərlə görüşmək istədiyimizi soruşdu. Mən Levon Ter -Petrasyan, Serj Sarkisyan, Robert Köçəryan və s. şəxslərlə görüşməyi təklif etdim.

– Paylaşılan fotoda Robert Köçəryanla görüşdüyünüz görünür. Başqa kimlər ilə təmas qura bildiniz?

– Etiraf edim ki, bu mənim jurnalistika sahəsindəki ən məhsuldar səfərim idi. Çünki 5-6 gün İrəvanda olduq və olduqca maraqlı görüşlər keçirdik. Bundan başqa, erməni xalqının bizə olan münasibətini, mövcud vəziyyəti yerində dəyərləndirmək şansımız oldu.

Səfər zamanı Ermənistanın prezidenti Robert Köçəryanla da görüşdük. daha sonra Serj Sarkisyanl görüşdük. Levon Ter-Petrasyanın özü ilə görüşmək imkanı qazanmasaq da onun yaxın adamı ilə görüşə bildik. Bundan başqa, bir sıra müxalifət nümayəndəsi, həmçinin erməni dövlət xadimləri ilə də görüşmək şansımız oldu. Onu da qeyd edim ki, bizdən başqa Gürcüstan jurnalistləri də Ermənistanda idi və biz onlarla da fikir mübadiləsi apara bildik.

– Elxan bəy, Robert Köçəryanla görüşünüz necə keçdi?

– Həmin səfəri xatırlayıram. Köçəryana xeyli sual verdik. O zaman hələ daxili işlər naziri olan Serj Sərkisyanla da görüşdük. Mənim əsas suallarım Qarabağ münaqişəsi ilə bağlı idi. Köçəryana bu mövzu üzrə 4 və ya 5 sual verdim.

Mən həmin səfərdən və aldığım cavablardan bu qənaətə gəldim ki, məsələ müharibəsiz həll olunmayacaq. Çünki Robert Köçəryan mənim verdiyimi suallardan tədricən çıxılmaz hala düşdü və sonda müharibədən başqa yolun olmadığı şəklində bir cavab verdi.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button