Siyasət

Əliyev “Azərbaycanı hədələyənlər var” deyəndə kimləri nəzərdə tutur? – Rusiya, yoxsa İran?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar.

Dövlət başçısı ənənəvi olaraq görüşdə çıxış edib. Prezidentin çıxışında xüsusilə “müstəqilliyimiz üçün qeyri-bərabər müharibəyə hazırıq” “Müharibədən sonra da Azərbaycanı hədələyənlər var” “Azərbaycan müstəqilliyi uğrunda qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə və ölümə getməyə də hazırdır” kimi ifadələr xüsusi diqqət çəkib.

Siyasi şərhçi Asif Nərimanlı deyib ki, regionda Azərbaycanın müstəqilliyini təhdid edə biləcək və güc balansına görə qeyri-bərabər olduğumuz iki ölkə var – Rusiya və İran:

“Rusiya Azərbaycan sərhədləri daxilində hərbi qüvvəyə malikdir və 10 noyabr razılaşmasına görə, 2025-ci ilə qədər Qarabağda qalacaq. Rusların Qarabağda daha uzunmüddətli qalmaq istəkləri fonunda Əliyevin mesajının ünvanından biri Moskva ola bilər. Lakin bölgədə Türkiyə-Rusiya varlığının və 2025-ci ildə rusların çıxarılma perspektivini nəzərə alsaq, birinci ünvanın ruslar olmadığını deyə bilərik. Yəni perspektiv imkanlar və diplomatik yollar tükənmədiyi halda Bakının indidən Moskvanı hədəfə alacağı ehtimalı daha azdır.”

A. Nərmanlının sözlərinə görə, cənubdan gələn təhdidlər əsas ünvanın Tehran olduğunu göstərir:

“İranın dini-siyasi-hərbi rəhbərliyinin leksikonu kifayət qədər açıq və aqressivdir. Lakin Prezidentin bunu açıq şəkildə dilə gətirməsi iki mümkün versiyanı önə çıxarır:

Birincisi, Tehran Bakını kulis danışıqlarında diplomatik etiketdən uzaq formada təhdid edib. Prinsip etibarilə İran siyasi dairələri də bunu gizlətmir.

İkincisi, Bakı Tehranın alternativ variant kimi müdaxilə planının olduğu haqda məlumatlıdır.

Nəticə etibarilə mümkün ssenarilərdən xəbərdar olan Prezident qeyri-bərabər savaşa rəğmən, müstəqilliyimizi güzəştə getməyəcəyimizin mesajını verir.

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button