Siyasət

Arif Hacılı Rauf Arifoğlunu təkbətək görüşə çağırdı

Arif Hacılı Rauf Arifoğlunu təkbətək görüşə çağırdı
Baş redaktor: \”Hər şeyi axşam açıqlayacam\”

“Bu gün axşamüstü Müsavat başqanı Arif Hacılı ilə görüşəcəyik. Həmin görüşə qədər də hər hansı bir qərar, açıqlama verməyəcəyik. Görüşdən sonra detalları açıqlayacağıq”.

Bunu lent.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib. Rauf Arifoğlu və Arif Hacılı arasında görüş Müsavat başqanının təşəbbüsü ilə baş tutacaq. Qeyd edək ki, Müsavat başqanının müavini Osman Kazımovun sosial şəbəkədə “Yeni Müsavat”la AXCP arasında baş verənlərin Müsavat partiyasına aidiyyəti yoxdur” yazması Rauf Arifoğlunun etirazına səbəb olub. Rauf Arifoğlu facebookdakı statusunda gələn həftə qəzetdə çalışan müsavatçıların partiyada qalıb-qalmamaq məsələsinin müzakirə olunacağını yazıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button