Siyasət
Kreml təsdiqlədi: Putin, Əliyev və Paşinyan bir araya gələcək

Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə bağlı tədbirlər keçirə bilər. Bu barədə “Rossiya-1” telekanalı xəbər verir.
“Güman etmək olar ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin təqviminə Qarabağda dəhşətli müharibəni dayandırmağa imkan verən tarixi üçtərəfli sənədin imzalanmasının ildönümü ilə bağlı tədbirlər daxildir”, – Vesti.ru saytı yazır.
“İnterfaks”a məlumatlı mənbələrdən məlum olduğu kimi, üç ölkə lideri gələn həftənin əvvəlinə videokonfrans vasitəsilə əlaqə saxlaması planlaşdırılır.