Siyasət

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək

Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək.

Savash.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirlərin toplantısına Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq.

Nazirlərin iclasında, həmçinin 17-18 noyabr gündəliyi üzrə texniki müzakirələrdən sonra yüksək səviyyəli ekspertlər tərəfindən hazırlanmış qətnamə layihələri qiymətləndiriləcək.

İclasda COMCEC-in komitənin üzvü olan ölkələr arasında ticarət, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması və maliyyə sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq.

Bundan əlavə, iclasda İƏT-in İstanbul Arbitraj Mərkəzi və İslam İndeks Fondunun layihələri də təqdim olunacaq.

Qeyd edək ki, COMCEC 57 üzv ölkəni birləşdirir, daha 5 ölkə komitədə müşahidəçi statusuna malikdir. O, nazirlər səviyyəsində əsas qərar qəbul edən orqandır, 1984-cü ildən hər il toplanır və üzv ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə bir çox mühüm layihə və proqramlar həyata keçirir.

Təşkilat İslam ölkələrinin inkişaf problemlərinin həllini tapmağı qarşısına məqsəd qoyub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button