Siyasət

Pekindən Azərbaycana ərazi bütövlüyü dəstəyi

Pekindən Azərbaycana ərazi bütövlüyü dəstəyi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Cao Sidi ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, C.Sidi Azərbaycana ikinci səfərinin Birinci Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini, bu genişmiqyaslı idman tədbirinin Azərbaycan tərəfindən uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin nəzərəçarpacaq dərəcədə inkişafının dövlətçilik qüdrətinin artmasına bariz nümunə olduğunu deyən C.Sidi bu xüsusda, Ümummilli Lider Heydər Əliyev tərəfindən yürüdülmüş siyasi uzaqgörənlik və müdrikliyi xüsusi vurğulayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button