Siyasət

Moskva Azərbaycan və Ermənistan liderlərinin görüşündən gözləntisini açıqladı

Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm təmasları vacib hesab edirik.

Savash.org APA-ya istinadla bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüşlə bağlı suala cavabında bildirib.

Rusiya XİN rəsmisi ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına istiqamətlənən bütün səyləri alqışladığını söyləyib: “Ümid edirik ki, 15 dekabrda Brüsseldə keçirilməsi planlaşdırılan iki dövlətin liderlərinin görüşünün yekununda üçtərəfli razılaşmalara sadiqlik təsdiqlənəcək”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button