Siyasət

Avropa Şurası İlqar Məmmədova görə Azərbaycanı hədələdi

Avropa Şurası İlqar Məmmədova görə Azərbaycanı hədələdiAvropa Şurası Nazirlər Komitəsi iyunun 11-də “İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işi ilə bağlı qərar qəbul edib.

Bu barədə vəkil Fuad Ağayev özünün facebook səhifəsində yazıb. Vəkil bildirib ki, Nazirlər Komitəsi ilk öncə müxalif siyasətçi olan ərizəçiyə qarşı tətbiq olunmuş cinayət prosedurlarının təməlini sarsıdan pozuntuların təsdiqləndiyini, xüsusilə 5-ci maddəylə bağlı, 18-ci maddənin pozulduğunu, ərizəçinin bundan sonra hər hansı yubanmaya yol verilmədən azadlığa buraxılması və ona qarşı törədilmiş pozuntuların nəticələrini aradan qaldırmaq üçün gərəkən başqa zəruri tədbirlərin görülməsilə bağlı Komitənin Azərbaycanda səlahiyyətli hakimiyyət orqanlarına ünvanladığı təkidini xatırladıb.

F.Ağayevin yazdığına görə, məhkəmə qərarında həmşinin bu işə baxılmasına 2015-ci ilin sentyabr ayında keçiriləcək 1236 saylı toplantıda qayıtmaq və əgər o vaxta qədər ərizəçi azadlığa buraxılmasa, daha ciddi tədbirlərin görülməsini müzakirəyə çıxarmaq qərara alınıb.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ittiham edərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button