Siyasət

MHP-dən AKP-yə son mesaj – \”Koalisiya qura biləcəyi partiyalar HDP ilə CHP-dir\”

MHP-dən AKP-yə son mesaj - "Koalisiya qura biləcəyi partiyalar HDP ilə CHP-dir"MHP-nin 3-cü dəfə Konyadan millət vəkili seçilən üzvü Mustafa Qalayçı partiya binasında təşkil etdiyi mətbuat konfransında seçkinin nəticələrini dəyərləndirib.

Avropa.info xəbər verir ki, Türk millətinin bütün maneələrə baxmayaraq azad iradəsini sandıqda göstərdiyini söyləyən Qalayçı AKP üçün sonun başlanğıcının göründüyünü, Türkiyədə yeni bir siyasi ortam meydana çıxdığını bildirib.

O Bütün siyasi partiyaların milli iradənin verdiyi mesaja diqqətlə dəyərləndirməli olduğunu bildirib.

“Türkiyənin böhrana və xaosa doğru getməsinin qarşısını almaq lazımdır. MHP-nin mövqeyi aydın, görüşləri və istinad etdiyi yer də məlumdur. AKP kürd probleminin həlli məsələsindən güzəştə getməyəcəyini bildirdiyi üçün koalisiya qura biləcəyi partiyalar HDP ilə CHP-dir. Bu müzakirə olunmaz bir həqiqətdir. AKP həqiqətən MHP ilə koalisiya qurmaq istəyi varsa, bizim ölkəmiz və millətimiz üçün zəruri gördüyümüz şərtlər bəllidir. Kürd probleminin həlli prosesinin ləğvi, 17- 25 dekabr rüşvət və korrupsiya sənədlərinin Konstitusiya Məhkəməsinə göndərilməsi və prezident üçün konstitusiyada nəzərdə tutulan səlahiyyətlərin saxlanması\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button