Siyasət

Hulusi Akar Qazaxıstan barədə: “Bir az gözləməliyik”

Türkiyənin müdafiə nazri Hulusi Akar Qazaxıstan hadisələri barədə danışarkən bəyan edib ki, rəsmi Ankaranın mövqeyinin dəqiqləşdirilməsi üçün “bir az gözləmək lazımdır.”

“Qarışıq məlumatlar var, mövqeyimizin dəqiqləşdirilməsi üçün bir az gözləməliyik”, şənbə günü jurnalistlərlə görüşündə cənab Akar bildirib.

Qazaxıstanı “dost” adlandıran müdafiə naziri Hulusi Akar iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq da daxil, “çox yaxın əlaqələrin” olduğunu , Qazaxıstanın Türkiyənin önəmli müttəfiqi olduğunu deyib.

Qazaxıstan Orta Asiyanın türk respublikaları ilə müqayisədə Türkiyə ilə strateji əməkdaşlıq qurmaqdan və xarici siyasətində Türkiyənin iştirak dərəcəsini artırmaqdan çəkinmirdi.

Müdafiə naziri Prezident Recep Tayyip Erdoğanın Qazaxıstan hadisələri ilə bağlı “hər cür məlumat və təcrübə paylaşımına hazırıq” açıqlamasını xatırladaraq bunun Ankaranın Qazaxıstan siyasəti üçün “bir təlimat” olduğunu deyib.

Müdafiə naziri Ankaranın “hər hansı bir şəkildə, hər hansı bir ehtiyacları olduğunda, təlimat verildiyində” hər cür yardım etməyə hazır olduğunu deyib.

BBC

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button