Siyasət

Strasburqda AŞ PA-nın yay sessiyası başlayır

Strasburqda AŞ PA-nın yay sessiyası başlayırAvropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda öz işinə başlayır.

\”Report\”un AŞPA mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sessiyanın gedişində 7 İyun tarixində Türkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı məsələsi, Macarıstandakı vəziyyət, miqrasiya, dəyişən media mühitində medianın məsuliyyəti və etik qaydalarla bağlı məsələlər, həmçinin, Ukraynadakı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı vəziyyət müzakirə olunacaq.

İyunun 23-də sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin keçirilməsi planlaşdırılır. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər. İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun parlamentarilər qarşısında çıxış edəcəklər. Bundan əlavə, Malta prezidenti Mari-Luiz Koleyro Prek, həmçinin Bosniya və Herseqovinanın baş naziri Mladen İvaniçin də sessiyada çıxışları gözlənilir. Sessiya işini iyunun 26-da başa çatdıracaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button