Siyasət

Lavrov “KTMT barıtı quru saxlamalıdır” dedi – Hansı ölkəyə girəcəklərinə eyham vurdu?

KTMT “barıtı quru saxlamalıdır”, çünki Qazaxıstan hadisələrinin bu bloka daxil olan və olmayan başqa ölkələrdə də təkrarlanması mümkündür.

Bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Qazaxıstan hadisələrinin başqa ölkələrdə təkrarlanması imkanlarını şərh edərkən deyib.

“Qazaxıstan prezidenti kollektiv təhlükəsizlik haqda Müqaviləyə tam uyğun olaraq öz müttəfiqlərinə müraciət etdi. O nümayiş etdirdi ki, son illər KTMT-nin sülhməramlı potensialının yaradılmasına dair səylər olduqca və olduqca effektli olub. Və bu potensial olduqca və olduqca lazımlıdır”,-Lavrov deyib.

Rusiya xarici işlər naziri “sülh istəyirsənsə müharibəyə hazır ol” deyimini xatırladıb, əlavə edib ki, xoşbəxtlikdən Qazaxıstanda iş müharibəyə qədər gedib çıxmadı. “Lakin sülhməramlı qüvvələrin potensialı öz fəaliyyət qabiliyyətini sübuta yetirdi”,-o bildirib.

Lavrovun fikrincə, Qərbdə KTMT qüvvələrinin hansı sürətlə Qazaxıstanın köməyinə çatdığını görəndə “heyrətdən sifətlər əyildi” və hamı bunu layiqincə qiymətləndirdi. “Mən buna şübhə etmirəm”,-Rusiya xarici işlər naziri əlavə edib. Lavrovun sözlərinə görə, Rusiya hər şeyi edir ki, hadisələrin o cümlədən KTMT çərçivəsində Qazaxıstandakı kimi inkişafının qarşısını alsın.

“Amma birdən nəsə olsa KTMT hazır olmalıdır, çünki Mərkəzi Asoya və digər ölkələrdə situasiyanı xaricdən qarışdırmaq səyləri yetərincədir. Onlar ABŞ-ın Əfqanıstanı indiki durumda buraxıb qaçmasından sonra daha da inadkar olublar”,-Lavrov əlavə edib.

virtualaz.org

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button