Siyasət

Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə: “…vaxtı çatıb”

Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə: “...vaxtı çatıb” “Dağlıq Qarabağ probleminin həlli üzrə səyləri intensivləşdirməyin vaxtı çatıb”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.

“Biz ATƏT-in Minsk Qrupu çərçivəsindəki razılaşmalar çərçivəsində amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə işləyirik. Biz onlarla daimi əlaqədəyik və müntəzəm təmasdayıq”, – deyə S. Lavrov söyləyib.

Xatırladaq ki, E. Məmmədyarov Rusiyada səfərdədir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button