Siyasət

“Əlimizdə elə silahlar var ki…” – Putin dünyanı hədələdi

Rusiya prezidenti Vladimir Putindən hədələyici bəyanatlar gəlib.

O, Ukrayna müharibəsinə kənardan müdaxilə etməyə çalışan ölkələrə ildırım sürəti ilə cavab verəcəklərini deyib.

“Əlimizdə elə silahlar var ki, heç kim ona cavab verə bilməz. Və biz bunu nümayiş etdirmək üçün demirik, lazım gələrsə istifadə edəcəyik”, – deyə Putin söyləyib.

Rusiya prezidenti hansı müdaxilənin ediləcəyinə artıq qərar verdiklərini deyib, lakin bunun nə olduğunu açıqlamayıb. Digər tərəfdən, onun bu ifadə ilə ballistik və nüvə silahlarını nəzərdə tutduğu düşünülür.

İşğaldan sonra Rusiya strateji nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirdiyini elan edib. Analitiklər hesab edirlər ki, Putin bu təhdidləri Qərb ölkələrinin Ukraynaya daha çox kömək etməsinin qarşısını almaq üçün edib.

Putinin açıqlamalarına ABŞ-dan cavab gecikməyib. ABŞ ordusu isə öz rəsmi hesabında Ukraynaya gedən yük təyyarəsinin fotolarını dərc edib. Ukraynanın müttəfiqləri son vaxtlar silah yardımını artırıb və ABŞ Ukraynada Rusiyanı məğlub etməyi hədəflədiklərini açıqlayıb. Qərb rəsmiləri bu yardımlara görə Rusiyanın Ukraynanın Donbas bölgəsində irəliləyişinin səngidiyi qənaətindədir.

Xatırladaq ki, bu həftə Almaniya Ukraynaya 50 hava hücumundan müdafiə tankı verəcəyini, Böyük Britaniya isə dəniz raketləri göndərəcəyini açıqlamışdı. Britaniya, həmçinin Qərb ölkələrini Ukraynaya döyüş təyyarələri verməyə dəvət edib.

Günay Rəsulqızı
Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button