Siyasət

Paşinyan Yerevanda Lavrovdan kömək istədi – TƏFƏRRÜAT

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Paşinyan görüş zamanı Ermənistanda səfərdə olan Lavrovdan kömək istəyib. Baş nazir bildirib ki, İrəvan Bakıdan erməni hərbi əsirlərin qaytarılması məsələsində, eləcə də Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesində Moskvanın dəstəyinə ümid edir.

Görüş barədə fikirlərini bölüşən Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya Ermənistanın arxasında gizlənir və bununla da 10 noyabr 2020-ci il bəyanatının müddəalarını yerinə yetirməkdən boyun qaçırır:

“Məlumdur ki, həmin bəyanatda rus sülhməramlılarının Azərbaycan ərazisinə müvəqqəti daxil olması ilə yanaşı, Ermənistan silahlıları ərazilərimzidən çıxmalı idilər. Lakin hələ də çıxmırlar. Həmçinin Azərbaycan minalanmış ərazilərin xəritəsini Ermənistandan istəyib, amma xəritə verilməyib. Azərbaycan tərəfi erməni əsirlərin hamısını təhvil verib, indiki şəraitdə isə Kreml bütün bu proseslərə mane olur. Rusiya Qarabağda “sülhməramlı” sifəti ilə daha çox qalmaq üçün mövcud şəraitin ona sərf edən şəkildə olmasına çalışır. Kreml digər tərəfdən nəqliyyat-kommunikasiya xəttinin açılmasında maraqlı deyil və buna Ermənistanın, Ermənistandakı müxalifətin əli ilə mane olur. Və açıq şəkildə Paşinyanın dilindən çatdırmaq istəyir ki, guya Azərbaycan tərəfi hansısa müddəaları pozur, ermənilərin hansısa əsirlərini qaytarmır. Heç kimə sirr deyil ki, bu gün Ermənistanda Paşinyan əleyhinə etiraz aksiyası keçirən Sarkisyanlar, Koçaryanlar və Artur Vanesyanlar Rusiyanın adamlarıdır”.

Politoloqun sözlərinə görə, Rusiya delimitasiya və demarkasiya prosesinin ləngiməsinə şərait yaradır:

“Görünən dağa nə bələdçi? Hər kəs bilir ki, Paşinyanın, Ermənistanın və İrəvandakı bütün siyasi qüvvələrin bağlılığı Moskvayadır. Moskva da onlardan istədiyi istiqamətdə istifadə edir. Paşinyanın Lavrovla görüş zamanı səsləndirdiyi bəyanatı da əslində Rusiya ilə razılaşdırılıb. Guya Azərbaycan hansısa əsirləri vermir və 10 noyabr üçtərəfli sazişinin hansısa müddəalarını yerinə yetirmir”.

Yeganə

gundem.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button