Siyasət

Ermənistan yeni müharibəyə səbəb olacaq elə bir addım atdı ki… – “Rusiya dərhal hərəkətə keçməli və…”

“Görünür, 44 günlük müharibə Ermənistana dərs olmayıb. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi əraziyə müddətdən artıq xidmət keçən hərbçilərin göndərilməsi rəsmi Bakıya hədə gəlməkdir. Bu, həm də müharibə səbəbidir”.

Bu sözləri Sfera.az-a  politoloq Qabil Hüseynli Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları Azərbaycan ərazisindən Ermənistan hərbçilərini çıxarmaq əvəzinə, yeni hərbiçilərin gəlməsinə şərait yaradır:

“Rusiya tərəfi məsələyə dərhal müdaxilə etməli, prosesi dayandırmaldıır. Kremlin buna siyasi iradəsi çatmırsa, Azərbaycan yeni Laçın yolunda post qoyacağı mesajını verməlidir. Bu, çox ciddi məsələdir və Azərbaycanın təhlükəsizliyini təhdid edir.  Rəsmi Moskva başa düşməlidir ki, sülhməramlılar regionda təhlükəsizliyi təmin etmək üçün var, aranı qarışdırmaq üçün yox. Azərbaycan Ermənistan tərəfindən göndərilən hərbçilərin dərhal çıxarılmasını tələb etməlidir. Rəsmi Bakı regionda yeni bir müharibənin olmasını istəmir, ancaq “bu, olmayacaq” deyə, bir öhdəlik də götürməyib. Ermənistan tərəfi unutmamlıdır ki, növbəti müharibə məhz onun ərazisində baş verə bilər. Sülhə məcburetmə əməliyyatı rəsmi Bakının hər zaman gündəliyindədir”.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button