Siyasət

Çinli dostu Putinin niyə pərt etdi? – Kreml bu şayiələrlə işin içindən çıxmağa çalışır

“Rusiya mediasının iki gündür ən çox müzakirəyə çıxardığı sual budur – Çin lideri Tsi Tsinpin Rusiya Prezidenti Vladimir Putinin dəvətini geri çevirərək Moskvaya niyə gəlmədi? Görünən odur ki, dəvətin qəbul edilməməsi Rusiya Prezidenti Vladimir Putin üçün gözlənilməz olub”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibə aparan və Qərbin sərt sanksiyaları ilə üzləşən Putinin dostu Tsinpinin Kremlə gəlişinə ehtiyacı var idi:

“Digər tərəfdən, Vladimir Putin bu il fevralın 3-də Pekin Qış Olimpiadasının açılışında iştirak etmişdi. Ona görə də Putin düşünürdü ki, Rusiya üçün hazırkı ağır vəziyyətdə çinli dostu onun dəvətini qəbul edəcək. Ancaq Putinin çinli dostu fərqli qərar verdi”.

E. Şahinoğlunun sözlərinə görə, Çin lideri Tsi Tsinpinin Kreml səfərini təxirə salmasını iki səbəbi var:

“Birinci səbəb rəsmidir. Çin pandemiyadan qurtulmayıb və Tsi Tsinpin iki il ərzində ölkəsindən kənara çıxmayıb. Yəni Tsi Sinpin özünü pandemiyadan ciddi qoruyur. Ancaq Vladimir Putin də Tsi Tsinpin kimi özünün iki ildir koronavirusdan ciddi qoruyur, hətta müxtəlif liderlərlə görüşdən əvvəl onların testdən keçirilməsini tələb edir. Putin testdən keçməyənlərə əli ilə görüşmür, onlarla uzun masada müzakirə aparır. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Putinin test tələbini yerinə yetirmədiyinə görə Kremldə uzun masada otuzdurulmuşdu. Ancaq Putin üçün Makronla Tsi Tsinpin arasında böyük fərq var. Buna baxmayaraq, Tsi Sinpin Moskvaya getməməyə qərar verib. Rusiya mediası Kreml sahibinin pərt vəziyyətə düşməməsi üçün belə bir xəbər yayıb ki, guya Tsi Tsinpin Honkonqa səfəri zamanı regional dövlət xadimlərindən birində koronavirus aşkarlanıb və Çin lideri özünü təcrid rejiminə keçib.

Çin liderinin Moskva səfərinin təxirə salmasının ikinci versiyası da var. Pekin Moskvanın strateji tərəfdaşı sayılsa da, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə tərəf tutmaq istəmir. Əlbəttə, Çin Qərb ölkələri kimi Rusiyanın işğalçı müharibəsini tənqid etmir. Ancaq Pekin eyni zamanda Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını gizlətmir. Bu səbəbdən Tsi Sinpin Moskvaya səfərlə Rusiyanın siyasətini təsdiqləmiş kimi görünmək istəməyib. Çinin əsas iqtisadi maraqları ABŞ və Avropa ölkələri ilə bağlıdır. Pekinin Vaşinqtonla münasibətlərdə gərginliyi mövcud olsa da, Çin lideri Rusiya və ABŞ arasında nisbi balansı qorumaq istəyir.

Səfərin təxirə salınması Rusiyanın siyasi və ekspert dairələrində bu sualı da gündəmə gətirib: “Çin nə dərəcədə etibarlı tərəfdaşdır?”.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button