Siyasət

KXCP-nin qurultayında İxtiyar Şirinin sözü kəsildi: Cəbhəçilər onu məcbur etdilər ki…

KXCP-nin qurultayında İxtiyar Şirinin sözü kəsildi: Cəbhəçilər onu məcbur etdilər ki...Klassik Xalq Cəbhəsi Partiyasının qurultayında maraqlı anlar yaşanıb. Savash.org xəbər verir ki, qurultayda iştirak edən \”Xural\” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu haqda facebook-da yazıb. Baş redaktorun oxucularımız üçün də maraqlı olacağını düşündüyümüz həmin statusunu olduğu kimi təqdim edirik:

\”KXCP-nin qurultayında maraqlı məqamlar yaşandı. Pənah Hüseyn cəbhəçiləri coşdurdu, Isa Gambar ondan uzun zamandır eşitmədiyim sərrast və sərt çıxış elədi, insanları həyəcanlandırdı, Isgandar Hamidov tam cəbhəçi çıxışı elədi, Qüdrət Həsənquliyev milli hğökumət dövründə səhvlərindən danışdı – hamı alqışlandı. Amma bir adam vardı ki, o danışan kimi cəbhəçilər yerindən oynadı və hamı \”Elçibəy!!!\” deyə qışqırmağa başladı. Bu adam 1993-cü ildə Sürət Hüseynova əsir düşən kimi prezident Elçibəyin həbsinə sanksiya verən İxtiyar Şirin idi. Açığı, bu adamı kim, niyə Cəbhənin qurultayına dəvət etmişdi, ona niyə söz verdilər, bilmirəm. Hər halda Mirmahmud Mirəlioğlunun bildiyi bir şeylər var. Ancaq mən elə düşünürəm ki, Elçibəyin həbsini tələb edən İxtiyar Şirinin Elçibəyin təşkilatının qurultayında söz demə sırası 6 milyardıncı insan da olmalı deyildi(((
Amma Cəbhəçilərə eşq olsun! Onlar bu adamın sözünü kəsdilər və onu \”Elçibəyə eşq olsun!!!\” deməyə məcbur etdilər. Günün reallığı da bu oldu. Zamanında iki şillənin qorxusundan prezidentinin həbsinə sanksiya verən birisi bu gün \”Elçibəyə eşq olsun!!!\” deyirdi…\”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button