Siyasət

“Putin müharibəni bitirmək üçün möcüzəyə ümid bəsləyir…” – Gennadi Qudkov

“Vladimir Putinin ətrafı indi Ukraynadakı müharibəni “uğurlu nəticə” ilə necə bitirmək və bununla da “sudan quru çıxmaq” haqda düşünür”.

“SAVAŞ” teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Gennadi Qudkov deyib.

Onun sözlərinə görə, Kreml əvvəlcədən düşünülmüş və planlaşdırılmış müharibənin uğursuzluqla nəticələndiyini anlayır və indi ağrılı və gərgin şəkildə bundan çıxış yolu axtarır, amma hələ də tapmayıblar.

“Çox ümid edirlər və bir möcüzəyə inanırlar ki, hansısa atom elektrik stansiyasını məhv etməklə hədələsə, Ukrayna təcili şəkildə onlarla danışıqlar masasına oturacaq. Əslində bu ümidsizlikdir”, – Qudkov vurğulayıb.

Siyasətçinin fikrincə, Putin Rusiya üçün bir sıra problemlərə görə müharibənin dayandırılmasının zəruriliyini anlayır. Xüsusən də iqtisadi inkişaf və dünya birliyi ilə dialoq praktiki olaraq dayanıb.

“Hər şey qar kimi üs-üstə yığılır. Buna görə də müharibəni tez bir zamanda bitirmək istəyirlər”, – Qudkov əlavə edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button