Siyasət

Barak Obama: \”Əgər İran bizi aldadarsa…\”

Barak Obama: "Əgər İran bizi aldadarsa..."
ABŞ prezidenti Barak Obama bəyan edib ki, İran nüvə proqramına dair imzaladığı razılaşmanın şərtlərini pozarsa, Vaşinqton ciddi tədbirlər görəcək.

Avropa.info xəbər verir ki, Obama bu haqda “Amerikan” universitetində çıxış edərkən deyib. O, bildirib ki, iki il aparılan danışıqlardan sonra “altılıq ölkələri” hər vasitə ilə İranın nüvə silahı almasına mane olacaq.

Obamanın sözlərinə görə dövlət katibi Con Kerri və energetika naziri Ernest Monizanın səyləri nəticəsində müqaviləni imzalamaq mümkün olub:

“Biz hədəflərimizi əhatə edən irimiqyaslı hərəkət planına nail olmuşuq. Bu razılaşma çərçivəsində İran heç vaxt nüvə silahına sahib olmayacaq”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button