Siyasət

Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı – Açıqlama

“Rusiya Xarici İşlər Nazirliyi rəsmi Bakı və İrəvan ilə sıx təmasdadır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Rusiya XİN sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskin gərginləşməsindən hədsiz narahatlığını ifadə edib.

“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əməl etməyə, vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”, – məlumatda deyilib.

Rusiya Xarici İşlər Nazirliyi, həmçinin Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara müvafiq olaraq KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi üçün müraciət aldığını açıqlayıb.

“Moskva vaxtı ilə saat 09:00-dan etibarən atəşkəslə bağlı əldə edilən razılaşmaya tam riayət ediləcəyinə ümid edirik”, – açıqlamada vurğulanıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button