Siyasət

Avropa Parlamentindən Azərbaycan hakimiyyətinə ultimatum

Avropa Parlamentindən Azərbaycan hakimiyyətinə ultimatum“Leyla və Arif Yunusa oxunmuş hökm barədə məlumatı son dərəcə narahatlıq və təəssüf hissi ilə eşitdim. İnsan hüquqlarının müdafiəsi sahəsində iki aparıcı şəxs üçün ağır həbs cəzası müəyyən edən hökmə qədərki hüquqi proses, beynəlxalq müşahidəçilərin bildirdiyi kimi, son dərəcə ədalətsiz olub. Buna görə də mən Leyla və Arif Yunusu dərhal azadlığa buraxmağa çağırıram”.

Bunu Avropa Parlamentinin prezidenti Martin Şults deyib.

M.Şults jurnalist Rasim Əliyevi ölümünə və Xədicə İsmayılın məhkəməsinə də toxunub: “Jurnalist Rasim Əliyevin qətlini və jurnalist Xədicə İsmayılovaya qarşı cinayət təqibini göz önünə alaraq deyə bilərik ki, bu məhkəmə və hökm, təəssüf ki, Azərbaycanda vətəndaş

cəmiyyətinə qarşı amansız repressiv tədbirlərdən yalnız biridir”.

Avropa Parlamentinin prezidenti əlavə edib ki, Azərbaycan hakimiyyəti öhdəliklərini yada salmalıdır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button