Siyasət

\”AXCP rəhbərliyində olanların yüksək vəzifələrdə dostları var\” – ƏKS ZƏRBƏ

"AXCP rəhbərliyində olanların yüksək vəzifələrdə dostları var" - ƏKS ZƏRBƏRazi Nurullayevin başçılığı ilə bir qrup cəbhəçinin mətbuat konfransından sonra, AXCP-dən qovulan daha iki gənc baş verən proseslərlə bağlı fikirlərini söyləyiblər.

Vaxtilə müxalifətin keçirdiyi aksiyalarda dəfələrlə həbs olunan və AXCP Nərimanov rayon şöbəsinin qərarı ilə partiyadan uzaqlaşdırılan Dəyanət Babayev avropa.info-ya açıqlamasında ona qarşı haqsızlıq edildiyini bildirib.

– Bir müddət əvvəl haqqsızlıq nəticəsində illərimi həsr etdiyim AXCP-dən uzaqlaşdırılmışam. Partiyadan qovularkən mənim guya partiya əleyhinə fəaliyyət göstərdiyim, o cümlədən Razi Nurullayevlə görüşdüyümü əsas gətirdilər. Mən heç vaxt partiyanın əleyhinə fəaliyyət göstərməmişəm. Kimlərləsə dostluq etməyim mənim şəxsi işimdir. Bu, hakimiyyətə işləmək anlamına gəlmir. Əgər elədirsə AXCP rəhbərliyində təmsil olunan bir neçə şəxsin yüksək dövlət vəzifələrində çalışan adamlarla möhkəm dostluqları var,- deyə o, bildirib.

Dəyanət Babayev bildirib ki, siyasi fəaliyyətini bərpa etmək isəyir, amma indidən hansı təşkilatda fəaliyyət göstərəcəyinə qərar verməyib: “Ola bilər ki, Razi bəyin elan elan etdiyi AXCP-də də olum, amma hələ dəqiq nəsə deyə bilmərik. Özümüz də yeni təşkilat yarada bilərik. Hələ ki düşünürük”.

AXCP-nin Gənclər Komitəsinin üzvü olmuş Elçin Əlixan isə deyib ki, ona qarşı münasibətin kəskinləşməsi facebookda “Əli Kərimlinin partiya sədrliyinə namizədliyini irəli sürməsini istəmirəm” yazmasından sonra başlayıb: “Artıq bir neçə aydır ki, partiya yoldaşlarım mənim nəinki cəbhəçi, heç müxalifətçi olmadığımı deyirlər. Bu söhbətlər mənə pis təsir edir. Belə olan halda AXCP-də qalmağım mənasızdır. Tezliklə yenə həmişəki kimi fəal olmaq istəyirəm. Amma bu AXCP-də mümkün deyil. Hələ ki, hansı təşkilatda olacağımla bağlı qərar verməmişəm”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button