Siyasət

Paşinyan Putinə ŞİKAYƏTLƏNDİ: “İndi belə çıxır ki…”

“Bu gün üçün ən vacib məsələ Laçın dəhlizindəki böhrandır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya lideri ilə ikitərəfli görüşdə deyib.

“Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehlik sahəsidir”, – deyə Paşinyan bildirib.

Paşinyanın iddiasına görə, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin, yüklərin maneəsiz keçidinə zəmanət verib:

“Belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və onun həlli üçün variantları müzakirə etmək istərdim”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button