Siyasət

Dövlət Departamenti Xədicə İsmayılı azad etməyə çağırdı

Dövlət Departamenti Xədicə İsmayılı azad etməyə çağırdıABŞ Dövlət Departamenti Xədicə İsmayıl barəsində çıxarılan məhkəmə hökmünə dair bəyanat yayıb

ABŞ Dövlət Departamenti Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın 7.5 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib. Dövlət Departamentindən Amerikanın Səsinə göndərilən bəyanatda deyilir ki, ABŞ məhkəmənin Xədicə İsmayılova ilə bağlı bugünkü qərarından dərin təəssüf hissi keçirir.

\”Biz şahid ifadələri və başqa başlıca dəlillərin çatışmazlığı daxil olmaqla istintaq və məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntuları barədə məlumatlardan daha da narahat olmuşuq. Bu, Azərbaycanda mətbuat azadlığının qarşısının alınmasını və insan haqlarının məhdudlaşdırılmasına dair başqa bir misaldır. Azərbaycanın prezidenti İlham Əliyev özü bu yaxınlarda bildirib ki, kütləvi medianın azadlığı demokratik prinsiplərin ayrılmaz hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Biz Azərbaycan hökumətini xanım İsmayılova və fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqalarının azad etməyə çağırırıq. Biz həmçinin Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını və insan haqlarını qorumaq və inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik\”.

Xatırladaq ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayıla hökm oxunub. Hökmə əsasən, X. İsmayıl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

ABŞ-la yanaşı, məhkəmənin bu qərarını Böyük Britaniya hökuməti və bir çox beynəlxalq təşkilat sərt tənqid edib. Onlar Azərbaycan hökumətini Xədicə İsmayılı dərhal azadlığa buraxmağa çağırıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button