Siyasət

YAP şərt qoydu: rektorlar deputat seçilsə…

YAP şərt qoydu: rektorlar deputat seçilsə...Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər.

Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb.

S.Novruzovun sözlərinə görə, qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçiləcəkləri təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.

Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button