Siyasət

Cenevrədə Azərbaycan əleyhinə dinləmələr

Cenevrədə Azərbaycan əleyhinə dinləmələrBu gün Cenevrədə – BMT-nin ofisində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələr aparılacaq. Tədbir bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən keçirilir.

Tədbir iştirakçıları 2013-cü il prezident seçkilərindən sonra Azərbaycanda yaranan vəziyyəti, ölkədə vətəndaş cəmiyyətinə qarşı repressiya dalğasının pik həddinə çatmasını müzakirə edəcəklər.

Bu barədə tədbir təşkilatçılarının məlumatlnda deyilir.

“Biz vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalara son qoymağa, bütün siyasi məhbusları azad etməyə çağırırıq” – deyə təşkilatçılar qeyd edirlər.

Müzakirələrdə Leyla və Arif Yunusların qızı Dinara Yunus, Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri), Sergey Ostaf (Moldova İnsan Hüquqları Resurs Mərkəzi) iştirak edəcəklər.

Tədbirin moderatoru İnsan Hüquqları Evi Fondunun (HRHF) təmsilçisi Florian İrmingerdir (\”Turan\”).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button