Ermənilər TƏŞVİŞDƏ: “Azərbaycan təhlükəli tələb irəli sürüb”

“Ermənistanın azərbaycanlaşdırılması təhlükəsi ilə üz-üzəyik”.
Savash.org xəbər verir ki, bunu erməni politoloq Suren Petrosyan televiziyada “Nver Mnatsakanyanla bir gün” proqramında deyib.
O hesab edir ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi Bakının maksimalist tələbləri və erməni tərəfinin kifayət qədər müqavimət göstərmədiyi şəraitdə gedir.
Petrosyan bəyan edib ki, Bakı Ermənistan ərazisindən anklavlar və dəhliz iddiaları ilə yanaşı, daha bir “təhlükəli” tələb irəli sürür.
“Azərbaycan Ermənistan ərazisindən anklavlar və dəhliz iddiaları ilə yanaşı, daha bir “təhlükəli” tələb irəli sürüb. Bakı Sovet dövründə Ermənistanda yaşayan azərbaycanlıların Ermənistana qaytarılmasını tələb edib. Ermənistanın azərbaycanlaşdırılması təhlükəsi ilə üz-üzəyik”, – deyə Petrosyan bildirib.
Politoloq əlavə edib ki, rəsmi Bakı Ermənistandakı azərbaycanlıların təhlükəsizliyinin Azərbaycan polisi tərəfindən təmin olunacağını açıqlayıb.