Siyasət

Sinan Oğan Kılıçdaroğlunu dəstəkləmək üçün şərtini AÇIQLADI – YALNIZ BU HALDA…

Türkiyənin prezident seçkilərində 5,2 faiz səslə üçüncü olan Ata Alyansının namizədi Sinan Oğan ikinci turda kimləri dəstəkləyəcəkləri ilə bağlı İngiltərə xəbər agentliyi “Reuters”ə diqqətçəkən açıqlama verib.

Türkiyədə dünən keçirilən prezident seçkilərində 5,2 faiz səs toplayan Ata Alyansının namizədi Sinan Oğan İngiltərənin “Reuters” xəbər agentliyinə danışıb.

“Reuters”in “İkinci turda hökuməti təyin etmə potensialı olan şəxs, kürdlərə güzəştə qırmızı xətt çəkdi” başlıqlı xəbərdə Sinan Oğanın ikinci turda Kamal Kılıçdaroğluna yalnız  “kürd partiyasına” dəstək verməməsi halında dəstəkləyəcəyini söylədiyi bildirilib.

Oğan “Reuters”ə verdiyi açıqlamada, “İkinci tur üçün seçici bazamızla görüşəcəyik. Amma biz artıq nümayiş etdirmişik ki, terrorla mübarizə və qaçqınların repatriasiyası bizim qırmızı xəttimizdir”, – deyə bildirib. /azxeber.com

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button