Siyasət

Putin dron hücumlarına görə Təhlükəsizlik Şurasını TOPLADI

Bu gün Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Toplantıda Rusiya ərazilərinə dron hücumları müzakirə olunub. “Bədxahlar kənardan ölkə daxilində vəziyyəti sarsıtmağa çalışır, ölkə hakimiyyəti onlara imkan verməyəcək”, – Putin bildirib.

“Rusiya Prezidenti bədxahların vəziyyəti qarışdırmaq cəhdinə cavab olaraq ölkənin daxili siyasi təhlükəsizliyinin təmin edilməsini müzakirə edib. Prezident ölkədə vəziyyətin kənardan sarsıdılmasına heç bir şəraitdə imkan verməmək üçün hər şeyi etmək lazım olduğunu bəyan edib”, – Kremlin yaydığı məlumatda deyilir.

İclasda FTX-nin direktoru Aleksandr Bortnikov və Daxili İşlər naziri Vladimir Kolokoltsev hesabatla çıxış ediblər.

“AzPolitika.info”

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button