“Paşinyan andiçmədə ona görə ikinci sırada oturmuşdu ki…” – Mirzoyan belə izah etdi

“Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair prosesdə heç bir ilkin şərt irəli sürməyib”.
Savash.org bildirir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
“Hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur”, – Mirzoyan bildirib.
Onun sözlərinə görə, qondarma “soyqırım” məsələsi gündəmdə deyil və olmayıb: “Məqsəd münasibətlərin yekun həllidir”.
Mirzoyan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfəri və Ermənistan Baş nazirinin ikinci sırada əyləşməsinə də münasibət bildirib:
“Bu, protokol prosedurudur. Bütün baş nazirlər ikinci sırada oturmuşdu. Onların arasında Ərdoğan üçün önəmli şəxs olan Macarıstanın baş naziri Viktor Orban da var idi”.
Türkan
sfera.az