“Özüm də bezmişəm, açıq desinlər ki…” – Tahir Kərimli

“Deputatlar Milli Məclisdə vətəndaşların üzləşdikləri problemlərini qaldırsa da, bununla bağlı heç bir tədbir görülümür. Elə özümüz deyib, özümüz eşidirik”.
Sfera.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bugünkü növbədənkənar iclasında deyib.
“Ağsu yolu, Şamaxı və Ağsu rayonlarında zəlzələdən zərər çəkmiş evlərin təmiri, məktəb və xəstəxanaların tikintisi ilə bağlı məsələ qaldırsaq da, nəticəsi olmur. Artıq bu məslələri qaldırmaqdan özüm də bezmişəm. Özümüz deyib, özümüz eşidirk”, – o qeyd edib.
Deputat əlavə edib ki, əgər hökumət problemləri həll etmək iqtidarında deyilsə, bunu açıq desinlər:
“Desinlər ki, gücümüz çatmır. Əvvəllər seçicilərlə görüşəndə bizi qınayırdılar ki, niyə problemlərimizi qaldırmırsınız? Amma indi deyirlər ki, nə olsun ki, problemləri qaldırırsınız, nəticə yoxdur. Onda bunun nə xeyri var? Hökumətdən xahiş edirəm ki, heç olmasa qaldırdığımız məsələlərlə bağlı bizə mənfi, yaxud müsbət cavab versin”.
Əzizə Zeynal